Əlillərə verilən müavinət artırılacaq


11:40     08 Noyabr 2018 bazar-ertesine-dollarmanatin-mezennesi-aciqlandi_1568fbb41e300d-xebervar_com80.jpg

“Əlillərin sosial müavinətinin artırılması ilə bağlı növbəti ildə tədbirlər keçiriləcək. Onların məbləği kapitaldan asılı deyil, fiks rəqəmlə ifadə olunur. Biz həmin vəsaitin artırılması ilə bağlı ciddi addım atacağıq”.


Femida.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev parlamentdə deyib. O , vurğulayıb ki, əlillər daim diqqət mərkəzindədir: “Bizim pensiya sistemimiz sığorta prinsiplərinə əsaslanır. İstəyir əlil və ya yaşa görə, ya da ailə başçısını itirməyə görə pensiyaya çıxan olsun, pensiya fərdi şəxsi hesabda toplanılan məbləğdən asılı olaraq təyin edilir . Əlillər də bu kateqoriyadan olan şəxslərdir. Sadəcə fərq odur ki, onlar əlillik səbəbindən pensiyaya çıxırlar. Həmin şəxsin fərdi hesabında nə qədər vəsait toplanıbsa, ona uyğun da pensiya alır. Burada sığorta prinsipləri nəzərə alınmalıdır. Bizim əlillərimiz pensiya ilə yanaşı, müavinət də alırlar. Əlillərin sosial müavinətinin artırılması ilə bağlı növbəti ildə tədbirlər keçiriləcək. Onların məbləği kapitaldan asılı deyil, fiks rəqəmlə ifadə olunur. Biz həmin vəsaitin artırılması ilə bağlı ciddi addım atacağıq”.

Femida.az

Açar sözlər:

Oxunub: 765