Qəzzadan İsrailə 80 raket atıldı


21:55     12 Noyabr 2018 18_11_12_1542042795.jpg

Qəzza zolağından olan fələstinli radikallar İsrail ərazisinə 80 raket buraxıblar.

Femida.az xarici mətbuata istinadən xəbər verir ki, onlardan bəziləri zərərsizləşdirilib. İsrailin cənub rayonlarında artıq həyəcan siqnalı çalınmağa başlanıb. Sakinlərə və turistlərə Qəzza zolağından raket hücumu ilə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, atılan raketlərdən biri İsraildə avtobusun üzərinə düşüb. Bir nəfər ağır yaralanıb. İsrailin hava hücumundan müdafiə qırıcıları əks-hücuma keçib.

Açar sözlər:

Oxunub: 476


Oxşar xəbərlər