Siyasi partiyalara verilən büdcə vəsaiti artırılsın - TƏKLİF


17:57     13 Noyabr 2018 siyavuş7.jpg

Siyasi partiyalara dövlət büdcəsindən ayrılması nəzərdə tutulan vəsaitin artırılması təklif edilir.

Femida.az-ın məlumatına görə, deputat Siyavuş Novruzov qeyd edib ki, gələn il bələdiyyə seçkilərinin keçirilməsinə dövlət büdcəsindən 56 milyon manat pul ayrılıb.

“Bu fonda siyasi partiyalara ayrılan büdcənin artırılması məqsədəuyğun olardı. Bu, birbaşa hesabatlılıq olardı. Eyni zamanda, ələbaxımlılıq olmazdı. Partiyalar öz plan və proqramını həyata keçirərdilər”.

Qeyd edək ki, gələn il büdcəsindən siyasi partiyalara 3 milyon manat vəsait artırılması nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 499