Erməni milyarderin yaxtaları Türkiyə sahillərində NƏ GƏZİR?


17:04     29 Noyabr 2018 2018/11/gemi_1543493867.jpg


Erməni milyarder Samvel Karapetyanın rəhbərlik etdiyi “Tashir” Şirkətlər Qrupuna məxsus yaxtalar Türkiyədə Marmaris sahillərinə gəlib. Bəzi erməni KİV-lərinin iddiasına görə, yaxtalar yanacaq tədarükü üçün Türkiyə sahillərində fasilə verməli olub.

Femida.az-ın araşdırmasına görə, rəsmi olaraq heç yerdə adı çəkilməsə də, erməni əsilli iş adamın “Ace” adlı böyük bir yaxtasının olduğu məlumdur.



Rusiyanın ən zənginləri siyahısında yer alan Karapetyanın 87 metr uzunluğundakı “Ace” adlı yaxtası Almaniyanın “Lüerssen” markasının istehsalıdır. Eyni zamanda yaxtanın vertolyotu, sürət skuterləri də sahilə yönəlib. Bu hələ son deyil. Karapetyana məxsus 67 metr uzunluğundakı ikinci bir yaxta da Marmaris limanına gəlib. Hollandiya istehsalı olan dəstək gəmisinin adı “Garçon”dur.

Xəbərlərə görə, yaxtalar böyük təhlükəsizlik tədbirləri altında yanacaq tədarükü edib. Proses bir neçə saat çəkib.

Türkiyənin “Asmira Oil” şirkətinin açıqlamasına görə, ümumilikdə 15 nəqliyyat vasitəsinə 400 min litr mühərrik, vertolyot üçün reaktiv yanacaq doldurulub.



Karapetyanın yaxtalarla turneyə çıxdığı, dünyanın bir çox ölkəsini gəzdiyi bildirilir.

Xəbərlərin geniş yayılmasından sonra Karapetyanın mətbuat xidməti məsələni təkzib edib və gəmilərin onlara məxsus olmadığını bildirib.



Samvel Karapetayn KİMDİR?

Karapetyan Rusiya vətəndaşıdır, 53 yaşı var. 200-dən çox şirkəti birləşdirən "Tashir" qrupun prezidentidir. 2017-ci ildə o, Rusiyada isə ən zəngin iş adamlarının sıralamasında 32-ci yerdə olub. Sərvəti 4,5 milyard dollar qiymətləndirilir (Forbes - 2017).



İş sektoruna rezin və metal məmulatlarının istehsalı ilə məşğul olan şirkətdə başlayan Karapetyan 1992-ci ildə Ermənistandan Rusiyaya köçüb. 1999-cu ildən etibarən fəaliyyətini tikinti, enerji, təchizat və daşıma şirkətləri, ticarət mərkəzləri, mehmanxanalar, yaşayış binaları, kinoteatrlar, restoranlar və s. sektorlarına yayıb. 2000-ci ildə "Tashir" xeyriyyə fondunu yaradıb. Lakin bu fondun adı altında onun erməni separatizminə dəstək verdiyi iddiaları var. Belə ki, Ermənistanın sabiq baş naziri Karen Karapetyan Samvel Karapetyanın qardaşıdır və onun hakimiyyətdə olduğu dövrdə ölkənin "qara işlər"i üçün böyük maliyyə yardımları ayırıb. Təkcə 2017-ci ildə dispora Ermənistana 3,2 milyard dollar yardım edib.



Samvelin qızı Tatevik Karapetyan Ermənistanda “Cinema Star” sinema şəbəkəsinə nəzarət edir. Arvadının isə spa-salon biznesi var.

Cəbhədə təxribatçı mövzuları yayımlamaqla seçilən “Şant” televiziyası da məhz bu ailəyə məxsusdur. Televiziyanı 2011-ci ilin yanvarından Samvel Karapetyan alıb. Bundan əlavə Ermənistanda çıxan bir neçə yazılı mətbuat da ailənin nəzarəti altındadır.

Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qanunsuz tikililərin böyük əksəriyyəti S.Karapetyanın payına düşür.



Amin Nəzərli

Femida.az

Açar sözlər: #Karapetyan   #erməni   #Türkiyə   #yaxta   #gəmi   #Marmaris   #separatizm  

Oxunub: 2095