Türkiyəyə 62 mindən çox azərbaycanlı səfər edib - 10 ayda


19:42     01 Dekabr 2018 turkiye0.jpg

Bu ilin on ayı ərzində Türkiyəyə 62 681 azərbaycanlı turist səfər edib.

Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

Məlumata görə, 2018-ci ilin on ayında Türkiyəyə gələn turistlərin sayına görə, Rusiya vətəndaşları birinci yeri tutub (604 min 73 nəfər). Gürcüstandan Türkiyəyə 153 201, Ermənistandan isə 4 437 nəfər turist səfər edib.

Türkiyə bu il ən az turisti İslandiyadan qəbul edib (331 nəfər).

Femida.az

Açar sözlər:

Oxunub: 435