İsraildə 40 həkim və əczaçı saxlanıldı: Ermənistana görə


19:12     02 Dekabr 2018 18_12_02_1543760641.jpg

Bu gün səhər saatlarında İsrail polisi ölkənin Səhiyyə Nazirliyindən Ermənistanda verilmiş saxta diplomlar əsasında lisenziya almaqda şübhəli bilinən 40 həkim və əczaçını saxlayıb.


Femida.az bildirir ki, həmin şəxslər Ermənistan universitetinin tibb və əczaçılıq fakültələrində təhsil alıblar: "Onlar Səhiyyə Nazirliyinə mütəxəssis diplomlarını təqdim ediblər, halbuki, əslində orada qısa müddət ərzində təhsil alıblar və imtahanları tam verməyiblər".

Qeyd olunur ki, polis əməkdaşları araşdırmaya anonim şikayətdən sonra başlayıb.

Açar sözlər:

Oxunub: 933