Ermənistandan deportasiya edilən azərbaycanlılarla bağlı - Deputatdan təklif


23:43     04 Dekabr 2018 2018/12/BD80B1B0-AF8A-49F5-A2DC-E8D9A7753D81_1543953665.jpeg


“Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunub və bu il çərçivəsində respublikamızda böyük tədbirlər keçirilib. Silahlı Qivvələrimizin yaradılmasının və Bakının ermənidaşnak işğalından azad edilməsinin 100 illiyi münasibətilə hərbi paradlar, eləcə də Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı təntənəli tədbir keçirildi”.

Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

M.Quliyev bildirib ki, bu il eyni zamanda yüz minlərlə soydaşımızın qədim Azərbaycan torpaqlarında qanunsuz yaradılan Ermənistan Respublikasından azərbaycanlıların son deportasiyasından 30 il ötür. Onun fikrincə, bu məsələ ilə bağlı parlamentdə dinləmələr keçirilməlidir.
“30 il bundan öncə 261 yaşayış məntəqəsindən 250 minə yaxın soydaşımız Ermənistan hökumətinin bilavasitə iştirakı və dəstəyi ilə törədilən vandalizmlə üz-üzə qalaraq, öz yurd-yuvalarından didərgin düşüblər. 30 ildir ki, həmin torpaqlarda azan səsi gəlmir. Təklif edirəm ki, bu ilin dekabr ayında Milli Məclisin bir neçə komitəsin iştirakı ilə bu haqda dinləmə keçirilsin və soyqırımı ilə sonuclanan deportasiya aktına qiymət verilsin. Hadisə ilə bağlı ictimai dinləmənin keçirilməsi vacibdir. Biz bu deportasiyanı pisləyən bəyanat qəbul etməliyik”-deyə, M.Quliyev vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1118