Qızının ərini yandıran qaynana məhkəmə qarşısında


14:02     05 Dekabr 2018 qadin%20ogur.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kürəkənini kimyəvi maddə ilə yandırmaqda təqsirləndirilən Kəmalə Əsədovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.



Femida.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası dekabrın 7-nə təyin edilib.

İttihama görə, K.Əsədova bu ilin əvvəlində gecə saatlarında kürəkəni Qarayev Tərlan Ağalə oğlunun kirayə qaldığı evə gəlib, yatdığı yerdə onun üzərinə yandırıcı kimyəvi maddə tökərək yandırıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

K.Əsədova barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 694