Biri məzara, digəri həbsə getdi - Ayla Dəmirovanın qətlinin gizli qalan tarixçəsi + VİDEO


16:30     06 Dekabr 2018 2018/12/47574919_1998948463507107_398816554138992640_n_1544098924-(1)_1544099928.jpg

Femida.az " Bir cinayətin tarixçəsi" layihəsi çərçivəsində ölkədə baş vermiş səs-küylü qətllərlə bağlı növbəti yazını təqdim edir. Bu dəfə təqdim etdiyimiz cinayət işi 2015-ci ildə qətlə yetirilən transseksual Ayla Dəmirovanın (Red- əvvəlki adı Dəmirov Hətəmpaşa) qətli ilə bağlıdır.



Hadisə 2015-ci ilin iyunun 23-də Bakının Səbail rayonu, Səid Rüstəmov 26 ünvanında baş verib. 1988-ci il təvəllüdlü Dəmirova Ayla Altay qızı evində qətlə yetirilib. Hadisə zamanı daha iki nəfər də xəsarət alıb. Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1995-ci il təvəllüdlü Əliyev Şahlar Həmid oğlu tutularaq istintaqa təqdim edilib.

Kimdir Ayla Dəmirova?

Ayla Dəmirovanın əvvəllər adı Hətəmpaşa olub. 22.02.1988-ci il tarixdə Dəvəçi şəhərində anadan olub. 2007-ci ildə Koorparasiya Kollecini bitirib. Daha sonra Bakı şəhərində qalaraq gözəllik salonunda işləyib. 2013-cü ilə qədər Hətəmpaşa adı ilə rəsmi sənədlərdə qeydiyyatda olub. 2013-cu ilin iyul ayından etibarən cinsiyyətini dəyişdikdən sonra Ayla adını rəsmi sənədlərdə də dəyişərək Dəmirova Ayla Altay qızı qeyd olunan rəsmi sənədlərə sahib olub. Həmin sənəd qeyd 27.07.2013-cü il tarixdə Şabran rayon polis şöbəsi tərəfindən həmin şəxsə verilib. Sənədin etibarlılıq müddəti 22.02.2023-cü il tarixədəkdir.


Ayla Dəmirova niyə qətlə yetirildi?


Ayla Dəmirova qətl hadisəsindən hələ bir ay öncə mətbuatın gündəmini törətdiyi bir qəza ilə zəbt etmişdi.Həmin vaxt mətbuata müsahibə verən A.Dəmirova "mənimlə münasibətdə olmaq istəyən vəzifəli şəxlər" var ifadəsini işlətmişdi. Qeyd olunan xəbər mətbuatın gündəm xəbərlərindən olmuşdu.


Ayla Dəmirovanı qətlə yetirən şəxs kimdir?

Qətli törədən Şahlar Əliyev uzun müddət Ayla Dəmirova ilə münasibətdə olub. İlk olaraq hadisə baş verən zaman onun Ayla Dəmirova ilə sevgili olduğu və qətli qısqanclıq zəminində törədildiyi qeyd olunurdu. Amma məhkəmə proseslərində Şahlar Əliyev bu iddiaları rədd edərək, Aylanı əvvəllər tanımadığını söyləyib. O, məhkəmədə verdiyi ifadədə bildirib ki, Ayla ilə saytlarda tanış olub və evə getdikdən sonra kişi olduğunu bildikdən sonra onu öldürüb. Ancaq istintaq materialları zamanı məlum olur ki, Şahlar Əliyev adı çəkilən şəxslə uzun müddət münasibətdə olub və onun yaşadığı evə gedib-gəlib. Bakı Ağır Cinayətlər Məhkəməsində Şahlar Əliyev Azərbaycan Respublikası CM-nin 120.1, 120.2, 181.3-cü maddələri ilə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Buna baxmayaraq onun cəza müddəti azaldılmayıb.

Femida.az Ayla Dəmirovanın qətli ilə bağlı istintaq materiallarına istinadən fotoşəkilləri və videomaterialı təqdim edir:



















Açar sözlər: #kriminal   #Qətl   #Cinayət   #Ayla   #hətəmpaşa   #Video   #femida  

Oxunub: 6669