Nərmin Şahmarzadənin məhkəməsinin VAXTI BİLİNDİ
19:48 17 Dekabr 2018
Tanınmış vəkil Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadənin həbs edilməsini istəyir.
Femida.az bildirir ki, bunu oxu.az-a açıqlamasında vəkil Ramil Rüstəmov deyib.
O, bildirib ki, Nərmin Şahmarzadəyə qarşı 147-ci (böhtan) maddəsi ilə şikayət verilib. Onun sözlərinə görə, işə Xətai rayon Məhkəməsində baxılacaq:
"Artıq şikayət icraata götürülüb. Məhkəmənin hazırlıq iclası dekabrın 25-nə təyin edilib".
Vəkil onu da əlavə edib ki, N. Şahmarzadənin həbs edilməsini istəyirlər:
"Onun 3 il müddətinə azadlıqdan məhrum edilməsi tələbini qoymuşuq. Digər tələbimiz isə ondan ibarətdir ki, Azərbaycan xalqından üzr istəsin".
Vəkilin sözlərinə görə, şikayətə onunla yanaşı, Fövqəladə Hallar Nazirliyinin mayoru, doqquz qat dünya, üç qat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də qoşulub.
Oxunub: 13360
Oxşar xəbərlər
- Nərmin qaçırılan gün onunla birlikdə olan sinif yoldaşı məhkəmədə ifadə verib
- Nərminin işində İlkin Süleymanov DƏHŞƏTLİ FAKTLARI AÇDI: Həmin gecə səhərə qədər...
- Nərmin Quliyevanın əmisi arvadı məhkəmədə ziddiyyətli ifadə verib
- Nərmin Quliyevanın əmisi oğlu məhkəmədə yenidən dindirilib
- Nərmin Quliyevanın sinif yoldaşı məhkəmədə ifadə verib
- Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi təxirə salınıb
- Nərmin Quliyevanın əmisi oğlu məhkəmədə dindirilib
- Nərminin qətli ilə bağlı MƏHKƏMƏ BAŞLADI
- Nərminin qətlində şübhəli bilinən İlkin Süleymanovun həbs müddəti 5 ay uzadılıb
- Nərminin meyitinin o formada ortaya çıxmasında məlum verilişin rolu var - RƏSMİ