ABŞ-ın Kubada yerləşən vahiməli həbsxanası:Məhbuslar çılpaq halda havaya çıxarılır və (FOTOLAR+VİDEO)


16:12     21 Dekabr 2018 2018/12/0075_1545394278.jpg

Dünyada bir neçə həbsxana var ki, orada olan ciddi rejim, işgəncə üsulları digərlərindən ciddi surətdə fərqlənir. Bu tip ciddi rejim tipli həbsxanalar keçmiş SSRİ-də geniş yayılmışdı. Bununla yanaşı dünyada ən təhlükəli və vahiməli həbsxanalardan hesab olunan Quantanamo illərdir müzakirə obyekti olub. Hazırda Kuba ərazidində yerləşən ABŞ-a məxsus Quantanamo həbsxanası bir neçə dəfə bağlanması deyilsə də, bu reallaşmayıb.



Femida.az vahiməli həbsxana haqqında araşdırma yazını təqdim edir:

Kubada yerləşən həbsxana necə oldu ki, ABŞ-ın nəzarətinə keçdi?

1903-cü ildən etibarən ABŞ Kubadakı Quantanamo həbsxanasını aylıq 4 min dollar ödəyərək kirayə götürüb. Ancaq 1959-cu ildə Kuba ilə Amerika arasında diplomatik əlaqələr kəsilir və o vaxtki Kuba lideri Fidel Kastro ilk çeki alsa da, sonrakılardan imtina edir. Buna baxmayaraq ABŞ höküməti hər ay 4 min dolları Kuba hökumətinin İsveçrədəki bank hesabına köçürür.







2003-cü ildə Qızıl Xaç əsrlərin psixologiyasının pozulması ilə əlaqədar bəyanat yaydı. Bundan sonra oradakı məhbuslara dekabr ayından etibarən ilk dəfə olaraq vəkil tutma haqqı verildi. Bir il sonra 2004-cü ildə isə Pentaqon Quantanamo tərkibində xüsusi məhkəməsini yaradır. Amma buna baxmayaraq, orada əksər məhbuslara işgəncələr verilməyə davam edirdi.

Dünyanın ən vahiməli həbsxanasında məhbus qiyamı...

2005-ci il məhkumların geniş aksiyası oldu. Səbəb isə Qurana qarşı təhqiramiz hərəkətlərin olması idi.

Quantanamo çox gizli həbsxana hesab edilirdi. Bura düşən insanların aqibətləri haqqında sonra heç kim məlumat əldə edə bilmirdi. Ancaq beynəlxalq təzyiqlər nəticəsində ilk dəfə olaraq 2006-cı ilin aprel ayında Pentaqon məhkumların adlarını açıqladı.Barak Obama prezidentliyə gəldiksən sonra həbsxananı bağlayacağını bildirmişdi. 2009-cu ildə Obama bütün məhkəmə işlərinin dayandırılması üçün qərar qəbul edir. Ancaq hələ də həbsxana bağlanmayıb.

Prezident Barak Obama iqtidara gələndə Quantanamo bazasını bağlayacağını və terror şübhəlilərinin ABŞ-dakı mülki məhkəmələrdə mühakimə olunacağını elan etmişdi, ancaq azad buraxılan məhbusların gedəcəyi ölkə olmadığından və iddiaya ABŞ-da baxılmasına edilən ciddi etirazlardan sonra fikir dəyişdirilmişdi.






QUANTANAMO MEMARI - BUŞ

Quantanamo hərbi həbsxanası qalmaqalları ilə yadda qalıb. Orada çox insana qanunsuz işgəncələr verilib. Buna görə də insan haqları təşkilatlarının və bir QHT-lərin tənqid və etirazlarına səbəb olmuşdu. Əslində Quantanamonun memarı keçmiş ABŞ prezidenti Buşdur. 11 sentyabr hadisələrindən sonra Bin Ladeni tutmaq üçün Əfqanıstana və İraqa "demokratiya" aparan Buş ordusu həmin ölkələrdə qarşısına çıxan insanların bir bəhanə ilə Quantanamoya gətirirdi. Onlara əvəzolunmaz işgəncələr verilirdi.

Ancaq Obama administrasiyası işgəncə faktlarını əks etdirən şəkillər dərc edirdi. ABŞ Ədliyyə nazirliyi Amerika Vətəndaşlarının Azadlıqları Birliyinin tələbi ilə şəkilləri dərc etməyə razılaşmışdı.

Eyni zamanda Amerikada Buşun hakimiyyəti zamanında Mərkəzi Kəşfiyyat İdarəsinin həbsxanadakı məhbuslara işgəncə verilməsi üçün rəsmi olaraq çıxarılmış işgəncə növlərinin sənədi ortaya çıxmışdı.

Belə ki, işgəncə metodlarının tətbiqinə 2002-ci ildən icazə verilib. Ortaya çıxan 80 səhifəlik sənədlərin tarixlərindən məlum olur ki, qərarlar 2002-2005-ci illər arasında qəbul olunub. Verilən məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsi cəzaları Amerikadakı, İraqdakı, Əfqanıstandakı, Quantanamodakı məhbuslara işgəncə vermək üçün istifadə edirmiş.


Trampdan həbsxana ilə bağlı şok qərar...

Tramp sələfi Barak Obamanın Quantanamo həbsxanasının bağlanması barədə fərmanını ləğv edib.Birləşmiş Ştatlar prezidenti Donald Tramp (Donald Trump) Quantanamo həbsxanasının bağlanmayacağını, faəliyyətinə davam edəcəyini açıqlayıb.
Sabiq prezident Barak Obama həbsxanada məhbuslara qarşı qeyri-insani rəftar olduğunu əsas gətirərək Quantanamonun fəaliyyətini dayandırmaqla bağlı fərman imzalamışdı.

Quantanamo həbsxanasından yayımlanan biabırçı video...

Hələ 2017-ci ildə Türkiyənin "TRT World" kanalı ABŞ üçün utanc sayılan Quantanamo həbs düşərgəsi ilə bağlı dəhşətli kadrlar yayımlamışdı. "TRT World" kanalının çəkiliş heyəti həbsdə olan 41 məhbusla görüşmüş və onların dəhşətli işgəncələrə məruz qalmasını efirdə göstərmişlər. Bu video material böyük narazılığa səbəb olmuşdu. Həmin video aşağıdakı linkdə:







İNANILMAZ ON ÜÇ İŞGƏNCƏ NÖVÜ


Mərkəzi Kəşfiyyat İdarəsinin etdiyi rəsmi təsdiqlənmiş sənəddə göstərilmiş işgəncələr isə bunlardır.

1) Su lövhəsi: Məhbus üzü üstə uzadılır. Sonra üzünə bir parça qoyulur. Parçanın üstünə isə 30- 40 saniyə davamlı olaraq su tökülür. Bu vaxt məhbusun boğulmaq ehtimalı olur.

2) Divarda durma: İnsanlar saatlarla ayaq üstə düz durmağa məcbur edilir. Əzələlərin yorulmasına baxmayaraq oturmağa və tərpənməyə icazə verilmir.

3) İslatmaq: Borular vasitəsi ilə məhbusların üstünə sürətli su püskürdülür. Su içilə bilən olur və məhbusun burnuna girməsinin qarşısı alınır.

4) Qaranlıq qutu: Bu vaxt məhbus qaranlıq və qutu kiçikliyində bir otağa yerləşdirilir.

5) Həşəratlı otaq: Burada əqrəb, ilan, hörümçək kimi zəhərli həşəratlar və heyvanlar olur. Məhbusun bu otaqdan sağ çıxma ehtimalı çox azdır.

6) Divara vurma: Bu vaxt sorğulanan şəxs divara bərkidilir. Boyun və baş hissəsinə isə dəsmal qoyulur.

7) Yuxusuz qoyma: Məhbus əlləri bağlı şəkildə gözlədilir və yatmasına icazə verilmir.

8) Çılpaq buraxmaq: Məhbusun paltarları çıxardılaraq, açıq havaya buraxılır. Bu insanları mənəvi cəhətdən sındırır.

9) Qida əvəzləyicisi: Məhbuslara normal qida əvəzinə onların əvəzləyicisi verilir. Heç bir dadı və tamı olmayan yeməklər həm fiziki, həm də mənəvi cəza hesab edilir.

10) Qarın nahiyəsinə vurma: Cəza verənlər məhbusların qarnına yumruqla vura bilərlər. Bu vaxt onun əlində üzük və bu kimi əşyalar ola bilməz.

11) Üzə sillə: Məhbusların üzünə ağrıtmaq niyyəti ilə sillə vura bilər.

12) Başın hərəkətsizliyi: Başı hərəkətsiz etmək üçün istifadə edilir. Saatlarla məhbus başı tərpənməz qalır.

13) Bağlamaq: Məhbus ip və ya boru ilə başdan ayağa bağlanır və saatlarla bu vəziyyətdə qalır




Hazırladı: Miri Məcidli
Femida.az

Açar sözlər: #Quantanamo   #Həbsxana   #ABŞ   #Kuba   #Video   vVor  

Oxunub: 4631