Rusiyaya gedən vətəndaşdan dərman preparatı götürülüb


17:43     21 Dekabr 2018 derman-1-tibfjfj.jpg

Azərbaycan istiqamətindən "Samur" gömrük postunun ixrac piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.



Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, yoxlama zamanı, vətəndaşın əynindəki gödəkçənin iç sol cibindən 7 kapsul "Lyrica (preqabalin) 300 mq" adlı dərman preparatı aşkar olunub.

Xatırladaq ki, "Lyrica (preqabalin)" adlı dərman preparatları Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 493