Somalidə 6 nəfər partlayışda ölüb


15:33     22 Dekabr 2018 somali%20otel.jpg

Somalinin paytaxtı Mogadişoda partlayış nəticəsində ən azı 6 nəfər ölüb, 13-dən çox insan yaralanıb.



Femida.az RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli “Radio Dalsan” bildirib.

"Ən azı 6 nəfər həlak olub, 13-dən çoxu yaralanıb" - radiostansiyasının Twitter-dəki məlumatında deyilir.

Qeyd edilir ki, minalanmış avtomobil paytaxtın mərkəzindəki Milli Teatr binasının yaxınlığında yerləşən keçid-buraxılış məntəqəsində partladılıb.

Açar sözlər:

Oxunub: 516