Badamdarda silah-sursat tapılıb


12:40     25 Dekabr 2018 silah.PNG

Bakıda silah-sursat tapılıb.



Femida.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, aparılan əməliyyat və profilaktiki tədbirlər nəticəsində Səbail rayon Polis idarəsi 41-ci polis bölməsinin əməkdaşları tərəfindən Badamdar qəsəbəsi ərazisində 1 ədəd “AK” markalı avtomat, 1 ədəd patron darağı və 5 ədəd patron tapılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 437