FHN-dən “Hilton”dakı yanğınla bağlı açıqlama


16:08     25 Dekabr 2018 2018/12/hilton_fire_251218_03_1545738705.jpg

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nəsimi rayonunda “Hilton” otelində yanğın olması baradə məlumat daxil olub.

Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri qeyd olunan ünvana cəlb olunub. Otelin 1-ci mərtəbəsində yerləşən mətbəxdə elektrik sobasının üzərində yağ qalıqları yanıb.

Yanğın yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi söndürülüb.

Açar sözlər:

Oxunub: 686