Gəncədə partlayış - Xəsarət alan var


16:07     29 Dekabr 2018 partlayis%20yangin.jpg

Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 30 m² olan tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) içərisində “VAZ” markalı minik avtomobilinin yanacaq çənində təmir işləri aparılan zaman yanğınla nəticələnən partlayış baş verib.

Femida.az FHN-ə istinadən xəbər verir ki, yanğın nəticəsində tikilidə olan avtomobil ehtiyyat hissələri və 1 ədəd oturacaq yanıb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı avtomobil və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Femida.az

Açar sözlər:

Oxunub: 573