Amerikalılar Trampa inamı itirirlər - SORĞU


15:14     13 Yanvar 2019 19_01_13_1547375935.jpg

ABŞ prezidenti Donald Trampın ictimaiyyət arasında reytinqi 44%-ə qədər geriləyib.

Femida.az Virtualaz.org-a istinadən bildirir ki, bu nəticə "HarrisX" şirkətinin 8-11 yanvarda 3015 amerikalı arasında keçirdiyi sorğudan sonra ortaya çıxıb.

Sorğuda iştirak edən respondentlərin 56%-i Trampın fəaliyyətini dəstəkləmədiklərini bildiriblər.

Qeyd edək ki, dekabr ayında Trampın reytinqi 47% olmuşdu.

Xatırladaq ki, ABŞ-da hökumət 22 gündür bağlı vəziyyətdədir (şatdaun). Bu isə indiyə qədər qeydə alınan ən böyük göstərici sayılır. Şatdaunun yaranmasına səbəb Prezident Administrasiyası ilə Konqres arasında Meksika sərhədində təhlükəsizlik divarının çəkilişi ilə bağlı yaranan fikir ayrılığı olub.

Açar sözlər:

Oxunub: 527


Oxşar xəbərlər