Peru və Ekvadorda güclü zəlzələ baş verdi


15:16     19 Yanvar 2019 19_01_19_1547886120.jpg

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Cümə günüPeruvəEkvadorərazilərində güclü yeraltı təkanlar qeydə alınıb.

"RİA "Novosti"yə istinadən xəbər verilir ki, bu barədə Ekvadorun Geofizika İnstitutu məlumat yayıb.

Peru ilə sərhəddə yerləşən Morona-Santyaqo əyalətində5,95 maqnituda gücündəyeraltı təkanlar qeydə alınıb. Zəlzələnin episentri 25,5 km dərinlikdə yerləşib.

Eyni zamanda Perunun Geofizika İnstitutu Ekvadorla sərhəd zonasında5,8 maqnituda gücündəzəlzələnin olduğu barədə məlumat yayıb. Zəlzələnin ocağı 111 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Daha əvvəl Polşada ölümlə nəticələnən zəlzələbaş verib. (Report)

Açar sözlər:

Oxunub: 554