Mehdiabadda binanın damına çıxan şəxs: Özümü öldürəcəm


12:55     23 Yanvar 2019 intihar3.jpg

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunun Mehdiabad qəsəbəsində 1 nəfər yeddimərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

Femida.az FHN-in saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 663