Avropadan sığınacaq istəyənlərin sayı kəskin azaldı
10:28 27 Yanvar 2019
2018-ci ildə Avstriyadan siyasi sığınacaq istəyənlərin sayı kəskin şəkildə azalıb.
Femida.az xəbər verir ki, 2017-ci ildə 24 725 nəfər Avstriyadan siyasi sığınacaq istəsə də, ötən il bu rəqəm 13 400 nəfərə düşüb. Avropaya qaçqın axınının ən pik həddə çatdığı 2015-ci ildə isə bu ölkədən sığınacaq istəyən şəxslərin sayı təxminən 90 min nəfər olub.
Ötən il Avstriyaya sığınacaq üçün müraciət edən şəxslərin əksəriyyəti Suriya (3300 nəfər) və Əfqanıstan (2000 nəfər) vətəndaşları olub. Sığınacaq üçün müraciət edənlərin sayı azalmaqla yanaşı, ölkədən çıxarılan qaçqınların sayı da artıb. 2017-ci ildə hakimiyyətə gələn koalisiyalı hökumət ölkəyə miqrant axını və qaçqınlarla bağlı məhdudlaşdırıcı tədbirlərin sayını artırdıqdan sonra, ötən il 12611 nəfər ölkədən deportasiya edilib. Məcburi qaydada ölkədən çıxarılan şəxslərin sayı 47 faiz, könüllü şəkildə ölkəni tərk etməyə razı olan şəxslərin sayı isə 9 faiz artıb.
Femida.az
Oxunub: 713
Oxşar xəbərlər
- Avropadan Azərbaycana qayıdan şəxslərə yardım edildi
- Avropadan deport olunan azərbaycanlı ürəktutmasından ölüb
- Avropadan daha 10 azərbaycanlı deportasiya olunub
- Avropadan bir qrup azərbaycanlı deportasiya olundu
- Avropadan Azərbaycana könüllü qayıdanlara yardım göstərilib
- Avropadan Azərbaycana könüllü qayıdan şəxslərə avtomobil verildi
- Avropadan Azərbaycana qayıdan ailəyə - 9 inək, 9 buzov bağışlandı
- Avropadan Türkiyəyə DƏSTƏK