Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub


10:38     11 Oktyabr 2022 rakettt%20generel.jpg

Bu gün səhər saatlarında Rusiya Ukraynanın Zaporojye şəhərinin mərkəzinə raket zərbələri endirib.

Femida.az “Ukrainski pravda”ya istinadən xəbər verir ki, bu barədə Zaporojye Hərbi Administrasiyasının rəhbəri Oleksandr Starux bildirib.

O deyib ki, hücum zamanı infrastruktur obyektləri hədəfə alınıb.

Dağıntı və tələfatla bağlı araşdırma aparılır.

Məlumata görə, Rusiyanın hücumu zamanı ictimai iaşə obyektlərinə, o cümlədən təhsil və tibbi müəssisələrinə, yaşayış binalarına ziyan dəyib.

Açar sözlər:

Oxunub: 13354