Ağcabədidə 53 yaşlı kişini avtomobil vurub


09:33     25 Oktyabr 2022 22_10_25_1666674858.jpg

Ağcabədidə 53 yaşlı kişini avtomobil vurub.

Femida.az-ın məlumatına görə, 1969-cu il təvəllüdlü Əsgərov Rafiq Əmir oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin sonra Bakıdakı xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 11857