Hüquqşünas tələbələrlə görüş keçirildi


15:10     02 Fevral 2019 19_02_02_1549104283.jpg


Bu gün 2 Fevral Gənclər günü münasibətilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Avropa Hüquqşunas Tələbələr Assosiasiyası (ELSA) Azərbaycanın birgə təşkilatçılığı ilə, Kollegiyanın Sədri Anar Bağırov və hüquqşünas tələbələrin görüşü keçirilib.

Femida.az xəbər verir ki, görüş ərzində Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyin tarixi, Vəkillər Kollegiyasının fəaliyyət istiqamətləri, Vəkillər Kollegiyasına qəbul, Vəkillər Kollegiyasının strukturu, son illərdə əldə olunmuş uğurlar, gələcək planlar, Vəkillər Kollegiyası ilə ELSA Azərbaycan arasındakı əməkdaşlığın perspektivləri və sairə məsələlər barəsində ətraflı məlumat verib. Görüşdə eyni zamanda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Aparatının rəhbəri Fərhad Nəcəfov və “Kəngərli və partnyorları” Vəkil bürosunun rəhbəri İsmayıl Kəngərli də iştirak edib.

Sonda Kollegiyanın sədri cənab Anar Bağırov gənclərin suallarını cavablandırıb və onlarla xatirə şəkli çəkdirib.

Femida.az

Açar sözlər:

Oxunub: 567