242 nəfər peşə kursunu bitirib - 50 nəfər işlə təmin olunub
15:04 12 Fevral 2019
2018-ci ilin noyabr-dekabr ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb edilən 242 nəfər cari ilin yanvar ayı ərzində peşə təlimini uğurla başa çatdırıb.
Femida.az xəbər verir ki, onlardan 141 nəfəri qadınlardır.
Onlara peşə kurslarını bitirmələri barədə sertifikatlar təqdim olunub, yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb. Kursları bitirən 142 nəfərdən artıq 50 nəfərinin Xidmət tərəfindən işlə təminatı həyata keçirilib.
Aktiv məşğulluq tədbirlərindən biri olan peşə hazırlığı kurslarının təşkili işsiz və işaxtaranların əmək bazarına çıxışının təmin olunması məqsədinə xidmət edir. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb edilirlər.
Femida.az
Oxunub: 441
Oxşar xəbərlər
- İlham Əliyev Füzulidə Peşə Liseyinin təməlini qoyub
- "Vaşinqton Post" Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki peşəkarlığından yazıb
- Diaqnostik qiymətləndirilmədən keçən peşə təhsili müəssisələrinin müəllimlərinin maaşı artırılıb
- Peşə hazırlığına cəlb olunan şəxslərə təqaüd veriləcək
- “Peşə təhsili haqqında” qanuna dəyişikliklər təsdiqlənib
- Peşə təhsili pilləsi üzrə təqaüdlərin təyin olunması və ödənilməsi qaydası dəyişib
- Peşə məktəblərinin tələbələrinin təqaüdləri artırılıb
- Azərbaycanda yeni peşə təhsili ixtisasları yaradılıb
- Azərbaycanda peşə təhsili alanlara attestat da veriləcək
- Azərbaycanda peşə məktəblərində tədris kredit sistemi ilə təşkil ediləcək