57 adda dərman vasitəsi dövriyyədən çıxarılıb
15:32 06 Mart 2019
Ötən il aparılmış növbədənkənar yoxlamalar nəticəsində 57 adda 173 qutu dərman vasitəsi dövriyyədən çıxarılıb.
Femida.az-ın məlumatına görə, yoxlamalar dərmanların keyfiyyətinə nəzarət məqsədilə aparılıb.
Ümumilikdə əczaçılıq şirkətləri tərəfindən ölkəmizə idxal olunan dərman preparatlarından 30 335 nümunə götürülüb və laborator müayinədən keçirilib.
Qeyd edək ki, ötən il Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Wörwag Pharma GmbH and Ko.KG” şirkətinin "Thiogamma®Turbo" infuziya üçün məhlul dərman vasitəsinin 18F103 seriya ilə buraxılmış flakonları geri çağırılıb. Dərmanlar flakonlarda sızma ilə əlaqədar sterilliyin və apirogenliyin pozulması riski əsas götürülərək geri çağırılıb.
Ötən il eyni zamanda, Mərkəzin Farmakonəzarət sektoru tərəfindən dərman vasitələrinin təhlükəsizliyi üzrə alınmış siqnalların risk-fayda nisbətlərinin araşdırılması nəticəsində Çinin "Zhejiang Huahai Pharmaceuticals" şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasında kanserogen xüsusiyyətlərə malik olan "N-nitrosodimethylamine" (NDMA) maddəsi tapıldığından həmin substansiyadan istifadə edilərək istehsal olunmuş valsartan tərkibli dərman vasitələri geri çağrılıb.
Femida.az
Oxunub: 418
Oxşar xəbərlər
- 57 müsəlman ölkəsi arasında ən böyük yəhudi icması Azərbaycandadır
- 5775 hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif olundu
- 5791 obyektdə sanitar-epidemioloji tələblər pozulub
- 571 nəfər yaşamaq üçün Azərbaycana gəlib
- 570 güzəştli mənzilin seçimi başa çatıb
- 57 dövlət əmlakı hərraca çıxarılıb
- 57 yaşlı qadın özünü asdı - Xaçmazda
- 57 mindən çox siqaret ələ keçirildi
- 577 min nəfərin sosial müavinəti artırılacaq
- 57 yaşlı kişi 16 gün əvvəl itkin düşüb