Martın 19-u Bakıda Novruz şənliyi keçiriləcək
18:57 11 Mart 2019
Hər il olduğu kimi, bu il də paytaxtımızda Novruz bayramı dövlət səviyyəsində keçiriləcək.
YUNESKO-nun mədəni irs siyahısında Azərbaycanın qədim milli bayramı kimi qeyd edilən Novruz bayramı paytaxtın bütün rayonlarında şənliklərlə qeyd olunacaq.
Bakıda martın 19-na planlaşdırılan əsas tədbir Qız qalasının qarşısındakı meydanda baş tutacaq, daha sonra Milli Parkda davam etdiriləcək.
Tədbirlərdə nümayiş olunacaq çalğı, rəqslər, bədii hissə Mədəniyyət Nazirliyi, güləş, zorxana və digər idman tədbirləri isə Bakı Şəhər Gənclər İdarəsi tərəfindən hazırlanacaq.
Eyni zamanda, Qız Qalasının qarşısında böyük tonqal qalanacaq.
Bundan başqa, bütün bayram günləri ərzində İçəri Şəhərdə və Sabir bağının qarşısında konsert proqramı və yarmarka təşkil olunacaq.
Qeyd edək ki, prezident İlham Əliyev ailəsi ilə birlikdə hər il Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində iştirak edir.
Femida.az
Oxunub: 550
Oxşar xəbərlər
- Martın 19-u iş günüdürmü? - RƏSMİ
- Martın 15-dən SMS-icazə bərpa ediləcək? — Operativ Qərargahdan açıqlama
- Martın 8-də Azərbaycan ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
- Martın 13-dən Kiyevdən Bakıya uçuşlar bərpa olunacaq
- Martın 1-dən Azərbaycan vətəndaşları Gürcüstana yeni qayda ilə daxil olacaq
- Martın 28-nə manatın məzənnəsi
- Martın 27-nə manatın məzənnəsi
- Martın 15-nə manatın məzənnəsi
- Martın 12-nə manatın məzənnəsi
- Martın 5-nə manatın məzənnəsi