Polis “bədbəxt” vətəndaşlara zəng edəcək


19:11     27 Oktyabr 2015 14459333575102329245_1000x669.jpg

“Independent” qəzeti yazır ki, Birləşmiş Ərəb Əmirliklərinin polisi Dubay şəhərinin özlərinin “bədbəxt” olduqlarını söyləyən sakinlərinə telefonla zəng edə bilər.


Dubay polis nümayəndəsinin sözlərinə görə, əgər problem onların nəzarəti altında olarsa, onun həllinə kömək edə biləcəklər. Əgər başqa hökumət idarəsinin işi olarsa, onda polis bu işi onlara ötürəcək.

Qəzetdə 2021-ci ilədək Dubayı “dünyanın ən xoşbəxt şəhərləri”nin ilk onluğuna daxil etməyi qarşısına məqsəd qoymuş onlayn-tədqiqatdan bəhs olunur. Tədqiqatın müəllifləri respondentlərə narazı sima, təbəssüm və ya təəssüratın olmadığını göstərən düz xəttin köməyi ilə əhval-ruhiyyələrini qiymətləndirməyi təklif edirlər. Tədqiqatın birinci günündə şəhər hakimiyyət orqanları 200-dən çox cavab alıb. Cavablara əsasən şəhərin 84 faizinin “xoşbəxt”, 10 faizinin bədbəxt və 6 faizinin neytral olduğu məlum olub.

Açar sözlər:

Oxunub: 1419