Nurməhəmmədov Ronaldudan danışdı: Hər matçdan sonra yazışırıq


17:30     10 Aprel 2019 19_04_10_1554903042.jpg

Rusiyanın qarışıq əlbəyaxa döyüş növləri ustası Həbib Nurməhəmmədov “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu ilə olan münasibətlərindən danışıb.

Bu barədə “Matç TV” məlumat yayıb.


Nurməhəmmədov hər matçdan sonra K.Ronaldu ilə yazışdığını, ancaq təhlükəsizlik məsələlərinə görə onu Dağıstana dəvət etməyi planlaşdırmadığını söyləyib.

“Bura gəlsə, onun mühafizəsini təşkil etməli olacağam. Onun həyatına cavabdehlik daşıya biləcəyimə əmin deyiləm. Öz istəyi ilə istənilən vaxt gələ bilər. Burada onu qarşılamağa şad olaram”, - deyə Nurməhəmmədov bildirib.

Rusiyalı idmançı portuqaliyalı futbol ulduzu ilə “Instagram”da tanış olub. 2018-ci ilin fevral ayında idmançılar görüşərək, bir-birilə hədiyyə mübadilə etmişdilər: rusiyalı “Yuventus” forvardına papaq hədiyyə edib, qarşı tərəf isə ona imzalı futbolkasını təqdim edib.

Açar sözlər:

Oxunub: 512