Qeyri-sabit hava sabah da davam edəcək
13:07 23 Aprel 2019
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, aprelin 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 11-15, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəldikdə aprelin 24-25-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Femida.az
Oxunub: 534
Oxşar xəbərlər
- Bakı hava limanında ƏMƏLİYYAT - Tutulanlar VAR
- Zəngilan Beynəlxalq Hava Limanında sərhəd nəzarətinə hazırlıq görülür
- Bakı hava limanında ölən şəxs görün, kimin oğlu imiş
- Sabah hava küləkli olacaq, yağış yağacaq
- Xəzərdə dalğanın hündürlüyü 2,4 metrə çatıb - FAKTİKİ HAVA
- Hava ilə bağlı xəbərdarlıq
- Sabahın hava proqnozu açıqlanıb
- Hava ilə bağlı açıqlama
- Hava ilə bağlı XƏBƏRDARLIQ
- Hava ilə bağlı XƏBƏRDARLIQ