Məhkəmələrdəki süründürməçilik halları aradan qaldırılacaq


10:14     06 May 2019 mehkeme_2586865776.jpg

Azərbaycan Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov məhkəmələrdəki süründürməçilik hallarının aradan qaldırılacağını bildirib.

Femida.az-ın məlumatına görə, o, "Azərbaycanda Məhkəmə-Hüquq İslahatları: AmCham ilə ictimai müzakirələr" mövzusunda konfransda çıxışı zamanı bu fikirləri səsləndirib. G.Kərimov Məhkəmə-Hüquq sahəsindəki islahatların həyata keçirilməsi ilə bağlı ölkə Prezidentinin fərmanında məhz bu mövzuya toxunulduğunu bildirib:

"Məhkəmələrdə süründürməçilik hallarının, məhkəmələrin işlərinə müdaxilənin qarşısının alınması , hakimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi, hüquqi pozuntulara yol verən hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi məsələsinin labüdlüyü bu fərmanda xüsusilə vurğulanıb. Cənab Prezidentin qeyd etdiyi aktiv ictimai nəzarət bu yerdə öz rolunu tapmalıdır. Məhz bu baxımdan hüquq və biznes ictimaiyyətini aktiv olmağa çağırırıq. İctimai nəzarət fərmanın icrasına kömək olacaq".

Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 772


Oxşar xəbərlər