Bill Geyts: “Tək çarə sosializmdir”


14:48     31 Oktyabr 2015 bill-gate.jpg

Bill Geyts dünyanın yeni çıxış yolunu tapdı.


Kapitalizmin yetişdirdiyi dünyanın ən zəngin insanı Bill Gates “Kapitalizm bizi iqlim dəyişikliyindən qurtara bilməyəcək” deyərək sosializm siyasətinin yürüdülməsinin labüdlüyünü vurğuladı.

Femida.az xəbər verir ki, bu barədə “USuncut.com” saytı məlumat verib.

Belə ki, dünyanın ən zəngin insanı olan Bill Geyts müsahibəsində özəl sektorun eqoist sistem olduğunu və əlavə effektiv enerji əldə etmək baxımından çox zəif qaldığını dilinə gətirir.

Bill Geyts iqlim dəyişikliyi probleminin dünyanın böyük dövlətləri tərəfindən həll oluna biləcəyini vurğulayaraq Çin, ABŞ və Avropanın problemi aradan qaldırmaq üçün daha böyük səylə çalışmalı olduqlarını bildirdi.

Geyts reportajının sonunda “Kapitalizm bizi iqlim dəyişikliyindən qoruya bilməyəcək” deyərək çıxış yolunun sosializm olduğunu dilinə gətirdi.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2932