Sudanda etirazlar zamanı 100 nəfər öldürülüb


19:38     05 İyun 2019 19_06_05_1559749218.jpg

Sudanın paytaxtında çadır düşərgələrinin dağıdılması zamanı azı 100 nəfər ölüb.

Femida.az xəbər verir ki, bu barədə Bi-Bi-Si müxalifətə istinadən məlumat yayıb.

Qeyd edilir ki, onlarla meyit Nil çayında aşkarlanıb.

Sudanın hərbi şurası baş verənlərlə bağlı araşdırma aparmağa söz verib.

Ölkə hərbçiləri isə etirazçılara qarşı güc tətbiq etdiklərini inkar edirlər.

Qeyd edək ki, apreldə Sudanda hərbi çevriliş baş verib. Ölkə başçısı Ömər əl-Bəşir həbs edilib. Çevrilişdən sonra Sudanda kütləvi nümayişlər başlayıb.

Açar sözlər:

Oxunub: 500