Nəsimidə mənzildə meyit tapıldı


19:45     07 İyun 2019 meyit8.jpg

Nəsimidə mənzildə meyit tapılıb.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, "112" qaynar telefon xəttinə daxil olan müraciətə əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1932-ci il təvəllüdlü Fagimat Kalimulinanın meyitini aidiyyəti üzrə təhvil veriblər.​

Femida.az

Açar sözlər:

Oxunub: 562