DİQQƏT! - Nabranda dənizə girməyin
18:53 12 İyun 2019
Nabran ərazisi çimərlik üçün yararsız hesab olunur.
Femida.az xəbər verir ki, bu sözləri Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov şimal və cənub bölgələrində fəaliyyət göstərən çimərliklərlə bağlı monitorinqlərin nəticələrinə əsasən deyib.
O bildirib ki, şimal bölgəsində Yalama, İstisu, Seyidlər və digər çimərliklərdən dəniz suyu və dib çöküntüləri nümunəsi götürülüb:
“ Aparılmış laborator təhlillərin nəticəsində məlum olub ki, Nabran ərazisi çimərlik üçün yararsız hesab olunur. Bu səbəbdən vətəndaşlara daha yararlı çimərliklərdən istifadə etmək məsləhət görülür.
Cənub bölgəsindəki sahilboyu çimərliklərdən də analoji nümunələr götürülüb. Təhlillərə əsasən digər bölgələrə nisbətən Lənkəran və Astara çimərlikləri yararlı hesab olunur.
Nazirlik olaraq bizim məqsədimiz heç də istirahət mərkəzlərini, iaişə obyektlərini cərimələmək deyil. Biz sadəcə onlara xəbərdarlıq etmişik ki, çimərlik mövsümü başlayana kimi bioloji təmizlik qurğularını qursunlar. Ancaq təssüflə bildirirəm ki, bu xəbərdarlığımıza əməl olunmayıb”.
Femida.az
Oxunub: 856
Oxşar xəbərlər
- Dostunu xilas etmək istədi, özü də boğuldu - Nabrandakı faciənin təfərrüatı
- Nabranda avtomobil 2 piyadanı vurub, biri ölüb
- Bakı sakinləri Nabranda boğuldular - Biri sağ qaldı
- Bakı sakinini Nabranda daşla vurub öldürdü
- 6 gün öncə Nabranda batan uşağın meyiti tapıldı - Dağıstan sərhədində
- "Dənizdə boğulan uşağın cəsədi 4 gündür niyə tapılmır?" - FHN-dən AÇIQLAMA
- Xudat-Nabran avtomobil yolu yenidən qurulub
- Nabranın bələdiyyə sədri cərimələndi
- Nabranda ağır yol qəzası: 5 nəfər xəsarət alıb
- Nabranda batan 4 nəfərin kimliyi açıqlandı