Kral Antlayada 18 milyon xərcələyəcək


14:02     07 Noyabr 2015 kral72.jpg

Səudiyyə Ərəbistanının kralı Salman Antalyada keçiriləcək G-20 sammiti ərzində “Mardan Palace” otelində qalacağı 18 günə 18 milyon dollar xərcələyəcək.


Femida.az “Milliyət”ə istinadən xəbər verir ki, kralı müşayət edəcək 1000 nəfərlik nümayəndə heyəti də bu oteldə qalacaq.

Ərəblər üçün otelin 546 nömrəsi hazırlanıb. Kralın özü isə gecəsi 15 min avro olan “Royal Suit Villa”da qalacaq.

Qeyd edək ki, azərbaycanlı milyarder Telman İsmayılov artıq “Mardan Palace” otelini satıb.

Açar sözlər:

Oxunub: 1169