Həcc ziyarəti üçün kvota dolub
11:41 27 İyul 2019
Azərbaycandan Həcc ziyarətinə getmək üçün kvota dolub.
Bu barədə Femida.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Qeyd edilib ki, sənəd qəbulu başa çatıb.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Ziyarətin ötənilkindən baha olması Səudiyyə Ərəbistanında xidmətlərin və hotellərin qiymətlərinin bahalaşması ilə əlaqədardır.
Avqustun 1-dən 6-a qədər gediş, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönüş olacaq. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.
Femida.az
Oxunub: 627
Oxşar xəbərlər
- Həcc ziyarətinə icazə verildi - BU ŞƏRTLƏ
- Həcc ziyarətinə getmək üçün 150 nəfər müraciət edib
- Həcc ziyarətində səkkiz uşaq dünyaya gəldi
- Həcc ziyarətinə gedən ikinci qrup yola düşdü - 180 nəfərlik
- Həcc ziyarətinə getmək üçün kvota dolmaq üzrədir
- Həcc ziyarəti üçün müraciətlərin sayı 1100-ü ötüb
- Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
- Həcc ziyarətinin qiyməti açıqlandı: 7300 manat
- Həcc ziyarəti üçün zəvvarların ilk qrupu yola salınıb
- Həcc ziyarətində 950 mindən çox zəvvar iştirak edir