400 miqrant xilas edildi


00:16     09 Noyabr 2015 000-1_1440705720.jpg

Yunanıstan sahil mühafizə qüvvələri və Avropa İttifaqının "Frontex” idarəsi Türkiyədən yunan adalarına gələn 400-ə yaxın miqrantı xilas edib. Reuters agentliyinin xəbərinə görə, Lesbos və Hios adaları yaxınlığında həyata keçirilən sayca altı əməliyyat zamanı xilasedicilər 9 müxtəlif üzmə vasitəsindən miqrantları evakuasiya edib.


Qeyd olunur ki, mülayim hava şəraiti sayəsində ölüm və xəsarət alma halları qeydə alınmayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Lesbos adası yaxınlığında qayığın batması nəticəsində 4 miqrant ölmüşdü.

Açar sözlər:

Oxunub: 786