Misirdən Rusiyaya 11 min turist qaytarılıb


02:14     09 Noyabr 2015 9b47d168-bbac-4f57-97bd-a6a032a94034.jpg

Rusiya son 24 saatda 11 min rusiyalı turistin Misirdən geri qaytarıldığını deyir. Qalanları isə bu gün dönməlidir.


"Report" BBC-yə istinadən xəbər verir ki, Moskva cümə günü bəyan edib ki, təyyarə qəzasından sonra Misirdən Rusiyaya bütün uçuşlar dayandırılıb.

Sankt Peterburqda isə əksəriyyəti rusiyalı olan 224 nəfər həlak olmuş şəxsin anma günü keçirilib.

Böyük Britaniya oktyabrın 31-də Şarm-əl-Şeyx hava limanından qalxan Rusiyaya məxsus Metrojet 9268 nömrəli təyyarənin qəzaya uğramasından sonra 3500 britaniyalını geri qaytarıb.

Çərşənbə günündən bəri Böyük Britaniyadan Şarm-əl-Şeyxə və geriyə uçuşlar dayandırılıb.

Britaniya təyyarənin qoyulmuş bombaya görə qəzaya uğraması barədə ehtimal irəli sürüb. Rusiya bu bəyanatı öncə rədd etsə də, sonradan Misirə və geriyə uçuşları dayandırıb.

Açar sözlər:

Oxunub: 799


Oxşar xəbərlər