Suriya məsələsinə dair görüş keçiriləcək


19:54     09 Noyabr 2015 suriya.jpg

Noyabrın 19-da Vyanada Suriya məsələsinin nizama salınmasına dair çoxtərəfli görüşün keçirilməsi nəzərdə tutulub.


Femida.az-ın verdiyi məlumata görə, bu barədə TASS-a diplomatik mənbə xəbər verib.

"Görüş cədvəli bir daha müzakirə edilir. Çox güman ki, o, şənbə günü baş tutacaq", - mənbə bildirib.

Bundan öncə Almaniya Federativ Respublikasının XİN rəhbəri Frank-Valter Ştaynmayer qeyd edirdi ki, Suriya üzrə yeni görüş Avstriya paytaxtında noyabrın 12-də baş tutacaq. Pekində isə bildirirlər ki, Çin tərəfi Vyanada keçiriləcək Suriya danışıqlarında məhz noyabrın 14-də iştirak etmək niyyətindədir.

Açar sözlər:

Oxunub: 765