Kataloniya müstəqillik bəyannaməsini qəbul etdi


21:49     09 Noyabr 2015 katalon.jpg

İspaniyanın Kataloniya vilayətinin parlamenti müstəqillik bəyannaməsini qəbul edib.


Femida.az-ın Azərtac-a istinadən verdiyi məlumata görə, iki saatdan artıq davam edən müzakirələrin sonunda bəyannamənin mətni oxunub və səsverməyə qoyulub.

Kataloniya parlamentarilərinin 72-si sənədin lehinə, 63-ü isə əleyhinə səs verib.

Bəyannamə Kataloniyanın İspaniyadan ayrılaraq müstəqil respublika olmaq istiqamətində prosedurun başlanmasını nəzərdə tutur.

İspaniyanın Konstitusiya Məhkəməsi isə bu müzakirələrə icazə versə də, qəbul olunacaq qərarın hüquqi əsas daşımayacağını bildirib.

Açar sözlər:

Oxunub: 740