24 yaşlı azərbaycanlı İranda öldü
23:30 09 Noyabr 2015
Ürəyində yaranan problemlərə görə müalicə üçün İrana gedən Azərbaycan vətəndaşı əməliyyatdan sonra dünyasını dəyişib.
Femida.az xəbər verir ki, 24 yaşlı Taleh Təvəkkül oğlu Şərifov müalicə məqsədi ilə İrana gedib. O, bir müddət Tehrandakı xəstəxanalardan birində müalicə alıb. Daha sonra isə əməliyyat olunub. T.Şərifov əməliyyatdan sonra dünyasını dəyişib.
Onun yaxınlarının verdiyi məlumata görə, mərhumun atası Təvəkkül Şərifov oğlunun cənazəsini Azərbaycana gətirmək üçün İrana gedib. Taleh Şərifovun cənazəsinin bu axşam Bakıya gətiriləcəyi gözlənilir.
Qeyd edək ki, dünyasını dəyişən gəncin atası Təvəkkül Şərifov Milli Azadlıq Hərəkatının və AXC Lənkəran təşkilatının fəallarından biri olub. (report)
Oxunub: 872
Oxşar xəbərlər
- 24 yaşlı qız ağcaqanad dərmanı içdi - vəziyyəti ağırdır
- 24 il Zəngilansız
- 243 ədəd partlamamış hərbi sursat tapıldı
- 24 yaşlı qız özünü yandıraraq öldürüb
- 244 nəfər dəm qazından zəhərlənib
- 24 yaşlı qız özünü yandırdı - Göygöldə
- 24 yaşlı qız damarlarını doğradı
- 240 hündürmərtəbəli binaya qaz verilib
- 24 nəfər tutulub
- 24 yaşlı gənc əməliyyat masasında öldü