İt 9 yaşlı qızı parçaladı


01:13     10 Noyabr 2015 American-Pit-Bull67.jpg


ABŞ-ın Nyu-York şəhərində faciə baş verib.

Femida.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə şəhərin Long İsland hissəsində qeydə alınıb. Belə ki, rəfiqəsinin evinə qonaq gələn qadın 9 yaşlı qız övladını həmyaşıdları ilə oynamaq üçün evin arxasında olan baxçaya aparır.

Bu zaman “Pitbull” cinsindən olan it 9 yaşlı qıza hücum edir. Qadın iti qızdan ayırmaq istəsə də buna nail olma bilməyib. Sonda hadisə yerinə gələn polislər iti öldürdükdən sonra onu qızdan ayıra biliblər. Həkimlərin müdaxiləsinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Çünki, it tamamilə qızın boyun və baş hissəsini parçalayaraq dağıdır.

Açar sözlər:

Oxunub: 1001