Baş nazirdən mühüm etiraf: “Terror versiyasını qəbul edirik...”


03:44     10 Noyabr 2015 ecafa16a-4598-4d70-b205-620f6d92a7dc.jpg


"Misirin Sinay yarımadası üzərində A321 Rusiya sərnişin təyyarəsinin qəza səbəbi kimi terror aktı versiyası nəzərdən keçirilir".

Femida.az-ın Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedyev bildirib.

“Terror aktı ehtimalı təbii ki, baş verən faciənin səbəbi kimi qalır” – qeyd edib baş nazir. Bu zaman Medvedyev belə bir dəqiqləşmə də edib ki, qəzanın səbəblərinin araşdırılması hələ ki, davam edir.

Oktyabrın 31-də yerə çırpılan təyyarədə 7-ci ekipaj üzvü olmaqla 224 nəfər olub. Onların hamısı həlak olub.

Açar sözlər:

Oxunub: 891