Beş futbolçu ömürlük həbs ediləcək


13:18     10 Noyabr 2015 futbolcu.jpg

Nepalın futbol üzrə milli komandasının 5 oyunçusunun ömürlük azadlıqdan məhrum olunması istənilir.


Femida.az xəbər verir ki, oyun alqı-satqısında iştirak etdiyi bildirilən futbolçular vətənə xəyanətdə ittiham olunur.

Futbolçulara qarşı irəli sürülən rəsmi ittihama görə, sözügedən futbolçular 2014-cü il dünya çempionatına qatılmaq üçün 2011-ci ildə keçirilən oyunlarda komandasının uduzmasında önəmli rol oynayıblar. Aparılan araşdırmalar onların bank hesablarına bəzi şəxslər tərəfindən yüksək miqdarda pulun köçürüldüyünü müəyyən edib. Ötən ay saxlanılan futbolçular paytaxt Katmanduda hakim qarşısına çıxıb.

Günahları sübuta yetirilərsə, futbolçuları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir./publika.az/

Açar sözlər:

Oxunub: 1269