AST Telman iflas oldu - VİDEO


13:42     10 Noyabr 2015 1410007382_1409736441_1404564414_telman3.jpg

Azərbaycan əslli milyarder Telman İsmayılov iflas oldu. Rusiyanın "Rossiya-1" kanalının yaydığı məulmata görə milyarder, atası Mərdan İsmayılovun adını daşıyan lüks oteli həqiqi dəyərindən çox aşağı qiymətə, 130 milyon dollara satıb. Halbuki onun tikintisi Telman İsmayilova 10 qat baha başa gəlmişdi. Satışdan əldə olunan gəlirlərlə biznesmen köhnə borclarını bağlamağa çalışıb.


Məlum olub ki, təkcə Rusiyada Telman İsmayılovun yerli banklara 100 milyon dollardan çox borcu var. Bir vaxtlar dəbdəbəli və zəngin həyatın simvolu hesab edilən otel, indi hətta elektrik enerjisinə də qənaət etmək məcburiyyətində qalıb. İddia edilir ki, otelin yerli enerji şirkətinə borcu 2 milyonu keçib.

Otel bütün dünyanın iqtisadi böhranla mübarizə apardığı bir dövrdə təntənəli şəkildə istifadəyə verilmişdi. Açılış üçün xüsusi olaraq təyyarələrlə tonlarla qızıl, mərmər, 242 funt beluqa kürüsü, Misirdən 9 min ton dəniz qumu otelin yerləşdiyi əraziyə gətirilmişdi. Açılışda Moskva meri, həmçinin kino və musiqi ulduzlarından ibarət heyət də iştirak edirdi. Bu ulduzların hər biri isə iddialara görə açılışda iştirak etdiklərinə görə 5 milyon dollar qonorar alıblar.

Kanalın hazırladığı sujetdə qeyd olunur ki, Telman İsmayılov imperiyasını məhz “Çerkizov” bazarından gələn gəlirlər hesabına qurub. VTB bankı rəsmisinin verdiyi məlumata görə, hazırda onun şirkətinin və zamin qismində durduğu şəxslərin banka 230 milyon dollar borcu var. Bank rəhbərliyi onu məhkəməyə vermək məcburiyyətində qalıb. Mosvka məhkəmə pristavının icra vərəqəsinə görə, borcla əlaqədar Telman İsmayılovun Rusiyadakı daşınmaz əmlaklarına artıq həbs qoyulub. Bank Telman İsmayılovun iflasa uğradığını elan etməyini tələb edir.

Açar sözlər:

Oxunub: 1777