İŞİD 200 uşağı güllələdi - VİDEO


14:53     10 Noyabr 2015 ig_201.jpg

İŞİD terror təşkilatının üzvləri Suriyada ən azı 200 uşağı avtomatdan atəş açaraq qətlə yetiriblər.


Femida.az-ın "ntv.ru"ya istinadla verdiyi xəbərə görə, qəddar kütləvi qətlin videosunu Britaniyanın "Mirror Online" qəzeti dərc edib.

Videoyazıdan görünür ki, uşaqlar avtomatlardan atəş açılarkən yerdə üzüaşağı vəziyyətdə uzanıblar.

Videoçarxın harada və nə vaxt çəkildiyi dəqiqləşdirilmir.

Bundan başqa, Qəzet videonun həqiqiliyinin də təsdiqlənmədiyini bildirir.

Lakin qeyd edək ki, bu, terrorçuların qanlı cinayətlərini videoya çəkdikləri və onu şəbəkəyə yerləşdirdikləri ilk hal deyil.

Açar sözlər:

Oxunub: 971