Kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başladı
10:26 08 Avqust 2019
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanların qeydiyyatı başlayıb.
Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən məlumata görə, abituriyentlər bu gündən etibarən avqustun 23-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.
Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.
Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.
Femida.az
Oxunub: 538
Oxşar xəbərlər
- Kolleclərə qəbulla bağlı qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat başlayıb
- Kolleclərə tələbə qəbulu elan edilib
- Kolleclərə və rezidenturaya sənəd qəbulu başlayıb
- Kolleclərə qəbul üçün 13 mindən çox abituriyent sənəd verib
- Kolleclərə qeydiyyat bu gün başa çatır
- Kolleclərə qəbulun nəticələri açıqlandı
- Kolleclərə ixtisas seçimi başa çatır
- Kolleclərə ixtisas seçimi başlayıb
- Kolleclərə ixtisas seçimi başlayıb
- Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə!