Almaniyada korrupsiya qalmaqalı – Prezident istefa verdi
15:26 10 Noyabr 2015
Almaniya Futbol Birliyinin (DFB) prezidenti Valfqanq Nirsbax tutduğu vəzifədən istefa verib.
AzVision.az xəbər verir ki, bu barədə “HNA” nəşri xəbər yayıb.
Daha əvvəl Frankuft Mayn Prokurorluğu vergi ödənişindən yayınmaqda şübhəli bilinən Nirsbax və onun DFB-dəki xələfi Teo Çvaçiqer haqqında araşdırmalara başlamışdı.
Xatırladaq ki, “Spiegel” jurnalı Almaniyanın 2006-cı ildə Dünya Çempionatı kubokunu pulla satın aldığını iddia etmişdi.
Nəşrin məlumatına görə, 2006-cı ildə Almaniyanın qazandığı dünya kuboku rüşvətlə satın alınıb. Frans Bekenbauer və “Adidas” firmasının eks-rəhbəri Louis Dreyfussun həmin dövrə aid olan birgə şəklini yayan Almaniya nəşri onu da yazır ki, 6,7 miliyon avro ianə qarşılığında “Adidas” şirkətinin rəsmiləri “FİFA”-nın Asiya üzrə idarəedici müavinlərindən 4 səs alıblar. Beləcə, 2000-ci ildə keçirilən səsvermə nəticəsində Almaniya 11 səs qazanıb.
Oxunub: 1463
Oxşar xəbərlər
- Almaniyada supermarketdə atışma - Yaralanan var
- Almaniyada hökumət buraxılıb
- Almaniyada təyyarə qəzaya uğradı
- Almaniyada gecə klubuna silahlı basqın
- Almaniyada kütləvi təxliyə - Bomba tapıldı
- Almaniyada etirazlar davam edir - 130 polis yaralandı
- Almaniyada çadra qadağası təsdiqləndi
- Almaniyada zavodda partlayış: xəsarət alanlar var
- Almaniyada seçkilərdə selfi yasaqlandı
- Almaniyada müsəlmanlara qarşı İYRƏNC ADDIM