"BakuBus"un avtobusu zəncirvari qəza törətdi: 1 nəfər yaralanıb


14:45     09 Avqust 2019 2019/08/2E4EF94B-34AD-421F-81F9-93DA989468E4_1565347630.jpeg

Bakıda sərnişin avtobusunun iştirakı ilə zənirvari yol qəzası olub.

Femida.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Nəsimi rayonunda, Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində baş verib.

Belə ki, 3 nömrəli marşrut xətti ilə hərəkət edən "BakuBus" avtobusu 2 minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobillərdən birinin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 395


Oxşar xəbərlər