Ən az cinayət törədilən dövlətlər – SİYAHI


19:58     10 Noyabr 2015 sswitzerl.jpg

Aşağıda sadaladığımız ölkələrdə başınıza hər hansı xoşagəlməz bir hadisənin gəlməsi ehtimalı çox aşağıdır. Məsələn, Yaponiyada pul qabınızı velosipedinizin üzərinə qoyub ərazidən uzaqlaşsanız, həmin əşyanızı uzun bir müddətdən sonra qoyduğunuz yerdən götürə bilərsiniz.


Femida.az dünyada ən az cinayət işlənən dövlətlərin siyahısını oxucularına təqdim edir:

Dövlətlər siyahı üzrə yerləşdirilərkən hər yüz min nəfər üzərinə düşən qətllərin sayı və müəyyən vaxt ərzində törədilən oğurluq və soyğunçuluq faktları əsas göstərici kimi götürülüb.

Aşağıdakı siyahıda 10 ən az cinayət törədilən ölkələrin siyahısı göstərilib:

10. Kipr



10 ən az cinayət törədilən ölkələr arasında 10-cu yeri Kipr tutur. Bu ölkədə cinayətkarlığın çox aşağı səviyyədə olmasının səbəbi həddindən artıq avropalı turisti özünə cəlb etməsi ilə izah olunur.

9. Danimarka



Siyahıda 9-cu yeri Danimarka tutur. Bu ölkədə hər 100 min insanı 200 polis qoruyur. Hər yüz min hissəni 0.1 nəfəri qətlə yetirilir. Bu göstərici isə Danimarkanı dübyanın ən təhlükəsiz ölkələrindən biri halına gətirib.

8. İslandiya



Siyahıda səkkizinci yerdə özünə yer tapan İslandiya bir çox təəccüblü məqamları ilə yadda qalıb. Belə ki, bu ölkədə cəmi 700 polis işçisi fəaliyyət göstərir. Həmin polis işçilərinin silah işlətməyə ixtiyarı yoxdur. İslandiya həbsxanalarında cəmi iki yüz məhbus var. Bu məhbuslara vaxtaşırı olaraq evlərinə getməsinə, ailələrini ziyarət etmələrinə icazə verilir.

7. İrlandiya



İrlandiya siyahıda 7-ci yerdə dayanır. İrlandiya Qərbi Avropada cinayətkarlığın ən aşağı səviyyədə olduğu ölkədir. Bu ölkədə hər yüz min nəfərə 300 polis işçisi düşür.

6. Yaponiya



Siyahıda 6-cı yeri Yaponiya tutur. Bu ölkədə hər yüz min nəfərdən 0.4 – ü qətlə yetirilir. Bu ölkədə kimsə başqasının işinə qarışmaz. Tərtəmiz küçələri, çalışqan insanları ilə məşhur olan Yaponiyada elmin səviyyəsinin çox yüksək olması cinayətkarlığın səviyyəsinin aşağı olmasını şərtləndirən ən böyük amildir.


5. Luksemburq



500 mindən bir qədər çox əhali yaşayan Luksemburqda cinayətkarlığın səviyyəsi çox aşağıdır. Lüksemburqlular dünyanın ən xoşbəxt xalqlarından sayılır.

4. Bəhreyn



Bəhreyin Asiyada ən təhlükəsiz ölkələrdən sayılır. Bu ölkədə hər yüz min nəfəri 1900 polis işçisi qoruyur. Bu rəqəm əslində çox yüksək olsa da, ölkədə cinayətkarlığın səviyyəsi çox aşağıdır.

3. Honq Konq



Dünyada ən yüksək sürətli internet bu ölkədədir. Bu ölkədə hər yüz min nəfərdən 0.2 – si soyğuna məruz qalır.

2. Sinqapur



Sinqapor Asiya qitəsində ən təhlükəsiz ölkə hesab edilir. Dünyada cinayətkarlığın səviyyəsinə görə isə 2-ci yerdə dayanır. Bu ölkədə oğurluq və soyğunçuluğun səviyyəsi “0” faiz səviyyəsində göstərilir.

1. İsveçrə



İsveçrə dünyada cinayətkarlığın ən aşağı səviyyədə olduğu ölkədir. Bu ölkədə cinayətkarlığı azaldan səbəblər arasında ölkəyə oxumaq və işləmək üçün gələn turistlərin çoxluğu düşünülür.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 7707